TAMİLLA HƏSƏNOVA

Boy - 1.60

Çəki - 50

Göz rəngi - Tünd qəhvəyi

Saç rəngi - Qəhvəyi

Tamilla Həsənova Tamirlan qızı 21 noyabr 2004 - cü ildə Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini 221 nömrəli tam orta məktəbdə alıb. 2010 - cu ildə birinci sinfə gedən Tamilla, 2022 -ci ildə həmin məktəbdən məzun olub və eyni ildə də Azərbaycan Mədəniyyət və İncəsənət universitetinə qəbul olub. Hazırda bu universitetin 1-ci kurs tələbəsidir.

Özünün qeyd etdiyinə görə, aktyorluq sənətinə marağı məhz peşə seçməyi düşündüyü zamandan başlayıb. Buna görə də, 2021 - ci ilin aprelindən Azərbaycan Film Akademiyasına gəlib. Burda aktyorluğun incəliklərinə yiyiələnib.

AFA-da təhsil aldığı müddətdə üxtəlif tamaşa və filmlərdə rol alan Tamilla, karyerasının yeni mərhələsinə Möcüzələr Akademiyası filmi ilə qədəm qoyub.

Tamilla Həsənova Azərbaycan Film Akademiyasında aktrisa kimi fəaliyyət göstərməklə yanaşı, səlis danışıq, xüsusi bacarıq göstərərək akademiyada "Səhnə danışığı dərsini də tədris edir. O, həm də AFA-nın nəzdində fəaliyyət göstərən Flix kids -in uşaq tələbələrinin təlim-tədrisi ilə məşğul olur.

Universitetin qabiliyyət imtahanını yüksək nəticələrlə keçən Tamilla, məhz bilik və bacarıqlarını univeristetə hazırlaşan tələbələrə də öyrətmək üçün, onları qabiliyyət imtahanına da hazırlaşdırır.

ROL ALDIĞI TAMAŞALAR

Nə əkərsən, onu biçərsən (Nəcəf bəy Vəzirov) - Gövhər xanım

Dəcəl keçi (xalq nağılı) - Nənə

Relsindən çıxmış qatar - Elvin Nuri

Romeo və Culyetta (U. Şekspr) - Lady Montagua

Şəngülüm, şüngülüm, məngülüm (xalq nağılı) - Məngülüm

Korlar ( Moris Meterlink) - İblis

Billur Başmaq (Şarl Perlo) - Ögey Ana (Sindirellanın anası)

Danışan Gəlincik (Abdulla Şaiq) - Dayə

Mahmud və Məryəm (Elçin Əfəndiyev) - Məryəm / Qısır Qarı

FİLMOQRAFİYASI

Terapiya Otağı - Sara

Möcüzələr Akademiyası - Malificent

Həyat Nə Qəribəsən - Sara

5 çirkin qız - Qızılgül

Tamilla Həsənova bütün bunlarla yanaşı, Azərbaycan Film Akademiyasının böyük Layihələrindən biri olan Baməzə Talk Show -un aktyor heyyətində də öz yerini alıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir