HƏYAT MƏLİKOVA

Boy - 1.50

Çəki - 50

Göz rəngi - Tünd qəhvəyi

Saç rəngi - Qəhvəyi

Həyat Məlikova 11 iyul 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində dünyaya gəlib. 1999-cu ildə 125 saylı orta məktəbin birinci sinfinə gedib və 2010-cu ildə həmin məktəbdən məzun olub. Həyatın aktyorluğa sevgisi məktəb vaxtlarından parodiyalarla başlayıb.

Özünü dərk edəndən aktyor olmaq istədiyini deyən Həyat Məlikova, 2021-ci ildə Azərbaycan Film Akademiyası MMC-nin nəzdində fəaliyyət göstərən Aktyorluq məktəbinə qatılıb. 9 aylıq aktyorluq təhsilindən sonra, həmin il akademiyadan məzun olub. Akademiyada təhsil aldığı müddətdə müxtəlif tamaşalarda rol alan Həyatın ən uğurlu obrazı Həyat həkim olub.

Pandemiya dövründə sosial medialarda "Vaksin vurdur" yumoristik videosu ilə gündəm olan Həyat, məhz Zaur Tahirsoyun yaratdığı Həyat həkim obrazı ilə tanınmağa başlayıb. Həyat həkim obrazı adi sosyal media videosu olmaqdan çıxıb və böyük filmin baş obrazı olmağa qədər gəlib çıxıb. AFA MMC-də fəaliyyət göstərdiyi vaxtdan indiyə kimi müxtəlif filmlərdə rol alsa da, "HƏYAT NƏ QƏRİBƏSƏN" filmi onun imzasına çevrilib. 2023-cü ildə yayıma girən film insanlar tərəfindən rəğbətlə qarşıılanıb.

Hazırda Azərbaycan Film Akademiyası MMC-də aktrisa kimi fəaliyyət göstərən Həyat Məlikova, son söz olaraq, "İnsan özü üçün, ən azından bir dəfə də olsa, nə isə etməlidir" fikrini bildirib.

Bundan əlavə, Həyat Məlikova AFA MMC-nin tərkibində fəaliyyət göstərən BAMƏZƏ SHOW-un rəhbəri və rejissorudur.

Rol aldığı teatr tamaşaları

Nə əkərsən, onu biçərsən (Nəcəf bəy Vəzirov)

Sonrakı peşmanlıq fayda verməz (Əbdülrəhim bəy Haqverdiyev)

13 nömrəli otaq (Ray Cooney)

Filmoqrafiyası

Terapiya otağı

Möcüzələr Akademiyası

Həyat Nə Qəribəsən

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir